Yaşar Əliyevlə vida mərasimi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaşar Əliyevlə vida mərasimi keçirilib

14:28 - 09 / 12 / 2023
Yaşar Əliyevlə vida mərasimi keçirilib

Yaşar Əliyevlə vida mərasimi keçirilib.

1news.az xəbər verir ki, mərhumun Bakıdakı evində keçiriən vida mərasimində ailə üzvləri, Milli Məclisin deputatları və dövlət rəsmiləri iştirakı edib.

Xatırladaq ki, Yaşar Əliyev 1948-ci ildə Bakıda anadan olub.

Milli Məclisin I və II çağırış üzvü, Azərbaycan Milli Məclisinin sədr müavini, Azərbaycan Ali Sovetinin sədr müavini olub.

Həmçinin Azərbaycanın Çindəki (2002–2011) səfiri vəzifəsində çalışıb. Həmin dövrdə Azərbaycanın Vyetnam, Cənubi Koreya, Şimali Koreya və Monqolustandakı (2004-2011) səfiri vəzifəsini də yerinə yetirib.

Qeyd edək ki, Y.Əliyev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın atasıdır.

Paylaş:
281

Son xəbərlər

Bütün xəbərlər