“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri açıqlanıb

16:52 - 11 / 12 / 2023
“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri açıqlanıb

Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri açıqlanıb.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, müsabiqəyə ümumilikdə 112 layihə təqdim olunub. Bütün layihələrin əvvəlcə texniki ekspertizası həyata keçirilib və onlardan 104-ü məzmun qiymətləndirilməsi mərhələsinə buraxılıb. Bu mərhələdə isə layihələr 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 17 layihə qrant qazanıb.

Müsabiqədə qrant qazanmış layihələrlə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür.


Qrant qazanmış layihələrin siyahısı

Paylaş:
249

Son xəbərlər

Bütün xəbərlər