Bağçalarda işləyənlərin təhsili ilə bağlı yenilik - Nazir AÇIQLADI | 1news.az | Xəbərlər
Cəmiyyət

Bağçalarda işləyənlərin təhsili ilə bağlı yenilik - Nazir AÇIQLADI

Qafar Ağayev11:00 - 11 / 12 / 2023
Bağçalarda işləyənlərin təhsili ilə bağlı yenilik - Nazir AÇIQLADI

Orta təhsilli 20 yaşlı bir xanımı sadəcə olaraq işlə təmin etmək üçün məktəbəqədər təhsilə götürmək olmaz.

1news.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib.

"Bizim az qala gələcəyimizin məktəbəqədər təhsildən asılı olduğundan danışırıqsa, orada təhsilli, bacarıqlı insanların işləməsini təmin etməyimiz olduqca vacibdir. Biz adi orta məktəb attestatı kvalifikasiyası ilə uşaqların inkişafını təmin edə bilmərik. Mənim o insanların şəxsiyyəti ilə işim yoxdur. Məsələnin ancaq peşəkarlıq tərəfindən danışırıq. Çünki bu, olduqca vacib sahədir. Burada bizim mövqeyimiz kimisə qınamaq, pis vəziyyətdə qoymaq deyil".

Uzun müddət biz məktəbəqədər və ibtidai təhsilə orta ixtisas təhsili kimi baxmışıq. Biz artıq ibtidai təhsil üçün uzun müddətdir orta təhsilli müəllimlər hazırlamırıq. Yəqin eyni model məktəbəqədər təhsilə də tətbiq olunacaq.

İndiyə qədər kim çalışırsa, işini davam etdirəcək. Onlara daha çox təhsil vermək və inkişaf etdirmək işimizin bir parçası olacaq. Amma növbəti mərhələlərdə məktəbəqədər təhsil səviyyəsi üzrə mütəxəssislərinin minimum bakalavr pilləsində hazırlanmasına nail olmalıyıq. Qısa müddətdə bununla bağlı dəyişiklikləri diqqətinizə çatdıracağıq" - deyə nazir qeyd edib.

Paylaş:
321

Son xəbərlər

Bakıda marşrut xətlərinə əlavə 170 avtobus cəlb ediləcək12 / 09 / 2024, 17:46“Boeing 787 Dreamliner” təyyarəsində “pilot” ola bilərsiniz - Simulyator ilk dəfə Bakıda - FOTO12 / 09 / 2024, 17:34Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanılıb12 / 09 / 2024, 17:25“Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi davam edir - VİDEO12 / 09 / 2024, 17:07Ceyhun Bayramov Əlcəzairin yeni səfirini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb12 / 09 / 2024, 16:59COP 29 çərçivəsində Azərbaycan, BƏƏ və Braziliya Mədəniyyət Nazirlərinin görüşü keçirilib12 / 09 / 2024, 16:45AzInTelecom “Chain Reaction 2024” tədbirində iştirak edib - FOTO12 / 09 / 2024, 16:31Kapital Bank-ın 150 illiyinə özəl keçirilən lotereyanın ikinci tirajı yekunlaşdı12 / 09 / 2024, 16:11Azərbaycanda 10 min nəfər “4Sİ Akademiyası” çərçivəsində ödənişsiz kurslardan yararlanıb12 / 09 / 2024, 16:02“Formula 1 Azərbaycan Qran-Prisi”nə saxta bilet satan şəxs saxlanılıb - VİDEO12 / 09 / 2024, 15:54Azərbaycana diş implantlarının bəyan edilmədən gətirilməsinin qarşısı alınıb12 / 09 / 2024, 15:39“INMerge” Innovasiya Sammitına 1 ay qaldı!12 / 09 / 2024, 15:27COP29-la əlaqəli “Fərqlilik yaradanlar” adlı qlobal kampaniyaya başlanılıb12 / 09 / 2024, 14:59Azərbaycanın sərhədlərində gözləyən yük avtomobillərinin sayı açıqlandı12 / 09 / 2024, 14:51Səhiyyə Nazirliyi Ağdərə rayonunda əhali üçün səyyar müayinələr təşkil edib12 / 09 / 2024, 14:27AFFA nümayəndəsi UEFA-dan təyinat alıb12 / 09 / 2024, 14:14Güclü külək əsəcək - XƏBƏRDARLIQ12 / 09 / 2024, 14:07Nöqsanlara görə işdən çıxarılan bağça müdirlərinin sayı açıqlanıb12 / 09 / 2024, 13:49Ceyhun Bayramov Ermənistanla sülhə təhdid törədən əsas amilləri Lüksemburq XİN rəhbərinin diqqətinə çatdırıb12 / 09 / 2024, 13:28FHN: Ötən sutka ərzində 72 halda yanğına çıxış olub12 / 09 / 2024, 13:13
Bütün xəbərlər