Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib

17:33 - 12 / 12 / 2023
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş tədbir keçirilib

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Fəxri Xiyabanda müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, hörmət və ehtiramlarını ifadə ediblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

1news.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar nazirlikdə də tədbir keçirilib. Ulu Öndərin büstü qarşısına güllər düzülüb, xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün möhtəşəm quruculuq və hərtərəfli inkişaf mərhələləri kimi tariximizə qızıl hərflərlə yazıldığını bildirib.

Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin əsasını əhalinin sosial rifahının gücləndirilməsi, etibarlı sosial müdafiə sisteminin yaradılmasının təşkil etdiyi vurğulanıb.

Xalqın çağırışı ilə xalqımızın Ümummilli Lideri 1993-cü ilin iyununda yenidən respublika rəhbərliyinə qayıdışı ölkəmizin müqəddəratını tənəzzüldən tərəqqiyə dəyişərək müasir müstəqil Azərbaycan dövlətinin qurulmasına və uzunmüddətli inkişaf yoluna səfərbər olunmasına imkan yaradıb.

Nazir Sahil Babayev Ulu Öndərin uğurlu sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam etdirildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, dövlət başçısının sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə ardıcıl sosial islahatlar aparılmaqla sosial müdafiə və aktiv məşğulluq proqramları dəfələrlə genişlənib. Sosial ödənişlərin dəfələrlə artırılması, müasir sosial müdafiə və reabilitasiya infrastrukturunun yaradılması təmin edilib.

44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramı çərçivəsində həmin ərazilərə sakinlərin köçürülməsi, onların aktiv məşğulluq tədbirləri ilə təmin edilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər qeyd edilib.

Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsinin qarşıdakı dövrdə də ölkəmizə yeni-yeni tarixi nailiyyətlər, qələbələr qazandıracağı vurğulanıb.

Paylaş:
237

Son xəbərlər

Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36
Bütün xəbərlər