ADY: Sərnişin daşınmanın mərhələli şəkildə bərpası nəzərdə tutulub
Sərnişindaşımaların pandemiyadan əvvəlki dövrdə olan marşrutlar üzrə bərpası üçün 3 illik plan hazırlanıb.
1news.az-ın APA-ya istinadən xəbərinə görə, bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (ADY) sədri Rövşən Rüstəmov deyib.
Onun sözlərinə görə, bu plana uyğun olaraq sərnişin daşınmanın mərhələli şəkildə bərpası nəzərdə tutulub.
“Cənub istiqamətində yol infrastrukturu imkan vermir ki, orda keyfiyyətli xidmət göstərilsin. Artıq bu il biz 309 km marşrutu olan Bakı-Qəbələ istiqamətində xətti istifadəyə verdik. Yevlax-Balakən xəttinin istifadəyə verilməsi üçün hazırlıqlar görülür. Bu, xeyli vaxt alacaq”, - Rövşən Rüstəmov qeyd edib.
432