Məhkum anaların övladları sığınacaqda
“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin sədri, jurnalist Firuzə Cəlilova beş məhkum qadının övladlarına sığınacaq verən “Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəz”ində görüş keçirib.
1news.az xəbər verir ki, Azadlıqdan məhrum olan qadınların övladları onların ən həssas mövzusudur söyləyən Azərbaycan Uşaqlari” İctimai Birliyinin sədri bu mövzuda görülən işlərinin genişlənməsi ilə bağlı artıq 2024-cü il üzrə layihələr planına əlavə olunduğunu qeyd edib.
Məlumdur ki, “Azərbaycan Uşaqlari” İctimai Birliyinin sədri, “Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəz” nin təsisçisi Kəmalə Ağazadə sığınacaqda olan bütün uşağları öz qanadları altında birləşdirməyi bacarır. Burda uşaqlara göstərilən qayğı, diqqət, xoş münasibət eyni ölçüdədir. Ümumiyyətlə Mərkəzin gördüyü işlər və göstəridiyi mövqe hər kəsə bəllidir. Amma bəzi məqamlarda onların da dəstəyə ehtiyacı olur. Bu mənada “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyindən gələn təklifi “Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəz”i müsbət qarşılayıb. Qurumlar məhkum qadınların sığınacaqda olan uşaqları ilə bağlı qarşılıqlı mübadilə şəklində böyük layihələr planlaşdırır. Əməkdaşlıq çərçivəsində planlaşdırılması nəzərdə tutulan layihələr həssas qrupdan olan iki fərqli qrupun müxtəlif istiqamətlərdə bilik və bacarıqlarının ortaya çıxarılması, rəqabətli əmək bazarında özlərinin işlə təmin edilməsini .Həmçinin azadlıqdan məhrum olan qadınlar və övladları arasında münasibətlərin inkişafı və vaxtlarının daha səmərəli keçirilməsi üçün silsilə tədbirlərin həyata keçirilməsini hədəfləyir . “Azərbaycan Uşaqlari” İctimai Birliyinin sədri yaxın gələcəkdə məhkum anaların övladları ilə bağlı gördükləri işlərin real nəticəsini media ilə bölüşəcəyini dedi.