Xudatda su dolan həyətlərin təmizlənməsinə başlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xudatda su dolan həyətlərin təmizlənməsinə başlanılıb

Qafar Ağayev17:03 - 13 / 12 / 2023
Xudatda su dolan həyətlərin təmizlənməsinə başlanılıb

İntensiv yağışlar səbəbindən Xaçmaz rayonu, Xudat şəhəri ərazisində bir sıra fərdi yaşayış evləri və ictimai iaşə obyeklərini su basıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hazırda FHN qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.

Paylaş:
335

Son xəbərlər

Bütün xəbərlər