Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayıb - FOTO

17:37 - 13 / 12 / 2023
Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayıb - FOTO

Dekabrın 13-də Laçın rayonu Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayıb.

Elm və Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, bununla əlaqədar təşkil olunan tədbirdə Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin əməkdaşı Qalib Abasov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin (RTİ) müdiri Fuad Bədəlov, Laçın rayonu üzrə təhsil sektorunun müdiri Nicat Həsənov, məktəb kollektivi, valideynlər, həmçinin digər qonaqlar iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.

Tədbirdə Şərqi Zəngəzur RTİ-nin müdiri Fuad Bədəlov çıxış edərək məktəb binasının açılışı münasibətilə təhsil işçilərini, şagird və valideynləri təbrik edib, onlara uğurlar arzulayıb.

Sonra tədbir iştirakçıları təhsil müəssisəsində yaradılmış şəraitlə tanış olublar.

Bildirilib ki, məktəbdə ilkin olaraq 35 şagird təhsilə cəlb edilib. 176 şagird yerlik ikimərtəbəli məktəb binasında 11 sinif otağı, 2 laboratoriya, gənclərin çağırışaqədərki hazırlığı və tibb otağı, kitabxana, idman, həmçinin 105 yerlik akt zalı, yeməkxana, bufet mövcuddur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış olub və burada kənd sakinləri ilə görüşüblər.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən il sentyabrın 22-də Laçın rayonu Zabux kənd tam orta məktəbinin binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Paylaş:
579

Son xəbərlər

DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30
Bütün xəbərlər