Azad edilmiş ərazilərdə iki ali məktəb yaradılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad edilmiş ərazilərdə iki ali məktəb yaradılacaq

12:27 - 13 / 12 / 2023
Azad edilmiş ərazilərdə iki ali məktəb yaradılacaq

"İşğaldan azad edilmiş ərazilərdə yaradılacaq iki ali təhsil müəssisəsindən biri yerli, digəri xarici nüfuzlu ali təhsil müəssisəsinin filialı olacaq".

1news.az APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hələ bu ali təhsil müəssisələri yaradılmayıb, lakin dövlət proqramında müddət nəzərdə tutulub.

Paylaş:
317

Son xəbərlər

Bütün xəbərlər