Xaçmazın iki qəsəbəsində evləri su basıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmazın iki qəsəbəsində evləri su basıb

1news Redaksiyası17:01 - 14 / 12 / 2023
Xaçmazın iki qəsəbəsində evləri su basıb

İntensiv yağışlar nəticəsində Xaçmaz rayonunun İstisu və Şimal qəsəbələrinin ərazilərində bir sıra fərdi yaşayış evləri və ictimai iaşə obyektlərini su basıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) 1news.az-a verilən məlumata görə, əraziyə FHN-in Şimal Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidməti Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hazırda nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.

Paylaş:
441

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər