Dövlət Sərhəd Xidmətində hesabat müşavirəsi keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Sərhəd Xidmətində hesabat müşavirəsi keçirilib - FOTO

17:21 - 14 / 12 / 2023
Dövlət Sərhəd Xidmətində hesabat müşavirəsi keçirilib - FOTO

Dekabr ayının 14-də Dövlət Sərhəd Xidmətinin 2023-cü ildə xidməti-dö­yüş fəaliy­yətinin yekunlarına dair hesabat müşavirəsi keçirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən 1news.az-a verilən məlumata görə, müşavirədə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Qu­liyev tərəfindən Azərbay­can tarixinin ən böyük sərkərdəsi, Azərbaycan Res­publi­­ka­sı­nın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş möh­təşəm tədbirlər nəti­cə­sində 2023-cü ilin dövlətçilik tariximiz üçün müstəsna əhə­miyyət daşıması və ərazi bütövlü­yü­müzün tam bərpa edilməsi ilə əla­mət­­dar olması xüsusi vurğulanıb.

Bu nailiyyətlərin Dahi Öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahə­sin­dəki ideya və düşüncə­lərinin ardıcıl reallaşdırılması, Müzəffər Ali Baş Ko­mandan cənab İlham Əliyevin dövlət sərhədinin mühafizəsi məsələlərinə ali diq­qəti sayəsində əldə edilməsi qeyd edilib.

7 avqust 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin DSX Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının hərbi hissə kompleksində yaradılmış şəraitlə tanış olmasının, Dövlət Sərhəd Xidmətinin 2 zabitini "general-mayor" ali hərbi rütbəsinə layiq görməsinin, gös­tərdikləri igid­liyə və şücaətə, xidmətdə fərqləndiklərinə görə DSX əməkdaşlarını orden və medallarla təltif etməsinin şəxsi heyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığı qeyd edilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliye­vin Azər­baycan Sərhəd Mühafizəsi qarşısında qoyduğu tapşırıqların yüksək sə­viy­yədə yerinə yetiril­məsi bildirilib. Ölkə ərazisində erməni separatçılığına son qoyulması üçün həlledici əhəmiyyət kəsb edən “Laçın” dövlət sərhədin­dən buraxılış məntəqəsinin yaradıl­ması ilə yekunlaşan unikal əməliyyatın keçiril­mə­si, eləcə də lokal xarakterli antiterror əməliyyatında DSX-nin döyüş tapşırıq­larının tam həcmdə yerinə yetirilməsi ciddi nailiy­yətlər sırasında xüsusi olaraq vurğu­lanıb. O cümlədən 2023-cü ildə Dövlət Sərhəd Xidməti tərəfindən əldə edilmiş əsas nailiyyətlər sırasında:

iyunun 15-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində “Laçın” döv­lət sərhədindən buraxılış məntəqəsində xidmət aparan sər­hədçinin yaralan­masına səbəb olan düşmən təxribatına cavab olaraq düşmən snayperlərinin, döyüş postunun və dislokasiya məntəqəsinin zərərsizləşdirilməsi;
dövlət sərhədini pozduqlarına görə 489, sərhəd rejimini pozduqlarına görə 10 689, axta­rışda olan 3609, saxta sənədlərlə 252, özgəsinə məxsus sənədlə 4, dövlət sərhədindən buraxılış məntəqələrindən gizli şəkildə keçməyə cəhd edən 4 nəfərin sərhədçilərin sayıqlığı nəticəsində saxlanılması;
ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədi ilə xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 8 nəfərin müəyyən edilməsi, terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə döyüşmüş 7 nəfərin saxlanılması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 21, qaçaqmalçılıqla məşğul olan 3, qeyri-qanuni miqrasiya ilə məşğul olan 5 mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi;
il ərzində 2 ton 95 kiloqram 338 qram narkotik vasitənin, 51 milyon 14 min 753 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçiril­məsinin qarşısının alınması, 36 ton 222 kq narkotik xassəli bitkinin məhv edilməsi;
işğaldan azad edilmiş ərazilərdə 150 km məsafədə yeni yolların çəkilməsi, 354 km yolların əsaslı təmir olunması, 7,1 km məsafədə hərəkət təhlü­kə­sizliyi üçün xüsusi valla­rın salınması;
2661 hektar ərazinin mina və partlamamış sursatlardan təmizlənməsi, 1598 ədəd piyada, 1763 ədəd tank əleyhinə mina, 518 ədəd partlamamış hərbi sur­satın zərərsizləşdiriməsi qeyd edilib.
Hesabat müşavirəsində Dövlət Sərhəd Xidmətinin hərbi birləşmə rəh­bərlərinin mə­ruzə­ləri dinlənilib, struktur qurumların xidməti fəaliyyəti qiymət­lən­dirilib, 2024-cü ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqlar şəxsi heyətin diqqətinə çatdırılıb.

Azərbaycan sərhədçilərinin Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin hər bir tapşırığını böyük şərəf və qürurla icra etməyə hazır olmaları xüsusi vurğu­lanıb.

Müşavirənin sonunda xidmətdə fərqlənmiş hərbi qulluqçulara dövlət təl­tifləri təqdim olunub.

Paylaş:
328

Son xəbərlər

Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42
Bütün xəbərlər