Azərbaycan 2023-cü ildə kimləri itirdi? - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan 2023-cü ildə kimləri itirdi? - FOTO

Ayşən İsmayılova11:44 - 15 / 12 / 2023
Azərbaycan 2023-cü ildə kimləri itirdi? - FOTO

Bəzən “sanki vaxt keçmir” deyib gileylənsək də, artıq bir il daha tamamlanmaq üzrədir.

2023-cü il bəziləri üçün gözəl anlarla yadda qalsa da, bəzilərinin yaddaşına hüznlü bir il kimi həkk olundu.

Təəssüf ki, bu hüzndən incəsənət aləmi də öz payını aldı.

1news.az 2023-cü ildə ulduzu əbədi olaraq sönən məşhurların siyahısını təqdim edir:

Əməkdar artist Tünzalə Əliyeva

2023-cü ilin elə ilk dəmlərindəcə - yanvarın 22-də əməkdar artist Tünzalə Əliyevanın ölüm xəbəri hər kəsi sarsıtdı. Xərçəng xəstəliyinə məğlub olan 49 yaşlı aktrisa “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

Müğənni Zeynəb Dostəliyeva

Xalq artisti Nazpəri Dostəliyevanın bacısı olan Zeynəb Dostəliyeva 5 fevral 2023-cü ildə qaraciyər serrozundan dünyasını dəyişib.

Əməkdar artist, “Qaya” dövlət ansamblının direktoru Rüfət Babayev

“Qaya” dövlət ansamblının direktoru Rüfət Babayev 19 fevral tarixində Moskvada ürəktutmadan dünyasını dəyişib.

Xalq artisti Ramiz Novruz

Xərçəng xəstəliyinin incəsənət dünyasından qopardığı sənətkarlardan biri də Xalq artisti Ramiz Novruz oldu. Fevralın 21-də müalicə aldığı xəstəxanada dünyasını dəyişən aktyor "Qurd qapısı" qəbiristanlığında dəfn edildi.

Jurnalist Ellada Mustafayeva

Jurnalist, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ellada Mustafayeva isə fevralın 28-də dünyasını dəyişib. Xatırladaq ki, o, uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

İlahiyyatçı Hacı Şahin Həsənli

Gözlənilməz ölümü ilə hər kəsin qəlbində heyrət və təəssüf doğuran şəxslərdən biri də Hacı Şahin Həsənli oldu. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi olan tanınmış ilahiyyatçı martın 2-də 48 yaşında infarktdan vəfat edib. O, Yasamal qəbiristanlığında dəfn olunub.

Əməkdar artist Yasəf Eyvazov

Əməkdar artist, ud ifaçısı Yasəf Eyvazov martın 7-də vəfat edib. Xalq artisti Şəfiqə Eyvazovanın qardaşı, Əməkdar artist Rəşad İlyasovun isə dayısıdır.

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev mart ayının 22-də yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib.

Xalq artisti Azərpaşa Nemətov

Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azər Paşa Nemətov 9 aprel 2023-cü ildə 75 yaşında vəfat etmişdir. O, İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.

Xalq artisti İranə Tağızadə

9 aprel tarixində dünyadan köçən məşhurlardan biri də Azərbaycan Respublikasının Xalq artisti İranə Tağızadədir. Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İranə Tağızadə 65 yaşında ürəktutmasından vəfat edib.

Xalq artisti Aftandil İsrafilov

Azərbaycanın tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilov aprel ayının 29-da dünyadan köçüb. Onun böyrək çatışmazlığından əziyyət çəkdiyi bildirilib.

Əməkdar artist Elxan Qasımov

“Şofer Əhməd” rolu ilə tamaşaçıların qəlbinə və yaddaşına həkk olunan Əməkdar artist Elxan Qasımov may ayının 29-da dünyasını dəyişib. Aktyorun ölüm səbəbi aorta anevrizmasının partlaması olub. O, Xırdalan qəbiristanlığında dəfn olunmuşdur.

Deputat Madər Musayev

İyulun 14-də Milli Məclisin deputatı Madər Musayev 75 yaşında qəfil ürəktutmasından vəfat edib.

Jurnalist Natəvan Babayeva

Uzun illər keçmiş ANS-də çalışan jurnalist, aparıcı Natəvan Babayevanın ölümü də 2023-cü ilin ən kədərli hadisələrindən biri olub. Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən N.Babayeva iyulun 20-də vəfat edib və Salyanın Parça Xələc kəndində dəfn olunub.

Azərbaycanın keçmiş Baş naziri Surət Hüseynov

Azərbaycanın keçmiş Baş naziri Surət Hüseynov 31 iyul 2023-cü ildə 64 yaşında İstanbulda vəfat edib.

Əməkdar incəsənət xadimi Cəmil Fərəcov

Azərbaycan kinorejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi Cəmil Fərəcov avqustun 1-də 77 yaşında dünyasını dəyişib. O, “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Əməkdar artist Aliyə Ramazanova

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti Əməkdar artist Aliyə Ramazanova 1 sentyabr 2023-cü ildə 82 yaşında vəfat edib. Əməkdar artist Yasamal qəbiristanlığında dəfn edilib.

Jurnalist Mübariz Əhmədov

1999-cu ildən Rusiyanın Vladivostok şəhərində nəşr olunan “Azərbaycan” qəzetinin təsisçisi və ilk baş redaktoru, jurnalist Mübariz Əhmədov sentyabrın 13-də 54 yaşında ürək tutmasından vəfat edib.

Aktrisa, rəssam Alagöz Salahova

Xalq rəssamı Tahir Salahovun qızı rəssam Alagöz Salahova 19 sentyabr 2023-cü il tarixində 70 yaşında vəfat edib. O, uzun müddət xəstəlikdən əziyyət çəkib. O, “Dantenin yubileyi”, “Özgə ömür”, “Bağlı qapı kimi filmlərdə aktrisa kimi də çıxış edib.

Müğənni Emil Rəhmanoğlu

Əməkdar artist Rəhman Rəhmanın müğənni oğlu Emil Rəhmanov sentyabrın 19-da 44 yaşında dünyasını dəyişib. Atası Rəhman Rəhmanovun sözlərinə görə Emilin ürəyində problem olub və onu xilas etmək mümkün olmayıb.

Azərbaycanın əməkdar mədəniyyət işçisi Əsəd Əsədov

Azərbaycanın əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, kino sənətçisi Əsəd Əsədov sentyabrın 23-də 76 yaşında Bakıda vəfat edib.

Deputat Qənirə Paşayeva

Siyasətçisi, jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayeva 24 sentyabr komaya düşərək Mərkəzi Klinikaya yerləşdirilmiş, 28 sentyabrda isə müalicə olunduğu reanimasiya şöbəsində vəfat etmişdir. 48 yaşlı Qənirə Paşayeva 29 sentyabr 2023-cü ildə “İkinci Fəxri Xiyaban”da dəfn olunub.

Əməkdar mədəniyyət işçisi Fərhad Babayev

Heydər Əliyev Sarayının sabiq direktoru, "Şöhrət" ordenli Əməkdar mədəniyyət işçisi Fərhad Babayev vəfat edib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə 3 oktyabr 2023-cü ildə dünyasını dəyişmişdir. O, Birinci Fəxri xiyabanda dəfn olunmuşdur.

Tanınmış diktor Ramiz Qafarov

İllərlə ölkənin mərkəzi stadionunda, idman və mədəniyyət saraylarında səsi ilə diqqətləri üzərinə çəkən tanınmış diktor 26 oktyabrda ürəktutmasından dünyasını dəyişib.

Bəstəkar Mobil Babayev

Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Mobil Babayev 10 noyabr 2023-cü ildə 77 yaşında vəfat edib. Bəstəkar Yasamal qəbiristanlığında dəfn olunub.

Keçmiş səfir Yaşar Əliyev

Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyev 8 dekabrda dünyasını dəyişib. Tanınmış diplomat Azərbaycanın Çin, Vyetnam, Cənubi Koreya, Şimali Koreya və Monqolustandakı səfiri vəzifələrini yerinə yetirib. Mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb. Xatırladaq ki, o, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın atasıdır.

Azərbaycan teatr və kino aktyoru Ramiz Məlikov

Azərbaycan teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli Xalq artisti Ramiz Məlik (Ramiz Ağarza oğlu Məlikov) dekabrın 14-də ömrünün 80-ci payızında vəfat edib.

Paylaş:
638

Son xəbərlər

Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcəkBu gün, 09:43AMB bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Ötən ay KTM-ə zəhərlənmə şübhəsilə 118 nəfər daxil olubBu gün, 09:27Küləkli hava sabah axşamadək davam edəcək - FAKTİKİ HAVABu gün, 09:10Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunubBu gün, 09:08Bu gün Yasamalda qaz olmayacaqBu gün, 08:59Bakının bir sıra yollarında tıxac müşahidə olunur - SİYAHIBu gün, 08:57Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20
Bütün xəbərlər