Ötən gün vətəndaşlardan 5 qumbara, 24 tüfəng təhvil götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün vətəndaşlardan 5 qumbara, 24 tüfəng təhvil götürülüb

09:55 - 15 / 12 / 2023
Ötən gün vətəndaşlardan 5 qumbara, 24 tüfəng təhvil götürülüb

Polis əməkdaşları ötən gün vətəndaşlardan 5 qumbara, 24 tüfəng təhvil götürüb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dekabrın 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd qumbara, 24 ədəd müxtəlif markalı tüfəng və 98 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Paylaş:
211

Son xəbərlər

Bütün xəbərlər