Naxçıvanda həbsdə olan şəxsin gizlətdiyi silah tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda həbsdə olan şəxsin gizlətdiyi silah tapılıb

15:16 - 16 / 12 / 2023
Naxçıvanda həbsdə olan şəxsin gizlətdiyi silah tapılıb

Naxçıvanda həbsdə olan şəxsin gizlətdiyi silah tapılıb.

1news.az-ın APA-ya istinadən xəbərinə görə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Cinayət Axtarışı İdarəsinin, Şərur Rayonu Polis İdarəsinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidməti İstintaq Təcridxanasının əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Şərur Rayonu Aşağı Yaycı kənd sakini, 1960-cı il təvəllüdlü Zeynalov Səyyub Əziz oğlundan 1 ədəd Avtomat Kalaşnikov markalı odlu silah götürülüb. Keçirilmiş tədbir zamanı Səyyub Zeynalovun həmin silahı Şərur Rayonu Şahbulaq kəndi ərazisində dağlıq ərazidə saxladığı müəyyən edilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Paylaş:
473

Son xəbərlər

Bütün xəbərlər