Mingəçevirdə xeyli silah-sursat aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mingəçevirdə xeyli silah-sursat aşkarlanıb

15:51 - 16 / 12 / 2023
Mingəçevirdə xeyli silah-sursat aşkarlanıb

Mingəçevirdə 2-si avtomat olmaqla xeyli sayda silah-sursat aşkar edilib.

1news.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, son 2 gün ərzində daxil olmuş məlumatlar əsasında keçirilən əməliyyatlar zamanı şəhər ərazisindən 2 ədəd “Kalaşnikov” markalı avtomat, 500-ə yaxın avtomat silahına məxsus patron, 3 ədəd daraq , 6 qumbara və 5 ov tüfəngi aşkar edilərək götürülüb.

Faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Paylaş:
497

Son xəbərlər

Bütün xəbərlər