FHN: Son iki gündə 12 nəfər xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN: Son iki gündə 12 nəfər xilas edilib

14:12 - 18 / 12 / 2023
FHN: Son iki gündə 12 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması sahəsində fəaliyyətini davam etdirir.

Qurumdan 1news.az-a verilən məlumata görə, nazirliyin 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında aidiyyəti qurumlar tərəfindən həftəsonu 41 halda yanğına çıxış və 9 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə nazirliyin qüvvələri tərəfindən şənbə və bazar günləri ərzində 1-i azyaşlı olmaqla 12 nəfər xilas edilib, yanğın zamanı 15 nəfər təxliyə olunub.

Paylaş:
409

Son xəbərlər

Bütün xəbərlər