Xalq artisti yıxılıb xəstəxanalıq oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Xalq artisti yıxılıb xəstəxanalıq oldu

16:02 - 18 / 12 / 2023
Xalq artisti yıxılıb xəstəxanalıq oldu

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Xalq artisti Rafiq Əzimovun Lənkəranda qastrol səfəri zamanı başına iş gəlib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 85 yaşlı sənətkar “Qarabağnamə” tamaşasının nümayişindən sonra yıxılıb, ayağını zədələyib.

R. Əzimov təcili əməliyyat olunub. Hazırda evdədir, vəziyyəti yaxşıdır.

Məlumatı teatrın Mətbuat xidmətindən saytımıza təsdiqləyiblər.

Paylaş:
475

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər