Bakıda çayxanada yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda çayxanada yanğın olub

14:31 - 19 / 12 / 2023
Bakıda çayxanada yanğın olub

Bakı şəhərinin Xətai rayonunda yanğın olub.

1news.az FHN-ə istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 220 m² olan çay evinin mətbəxində 1 ədəd fri aparatı, elektrik sobası, divara quraşdırılan elektrik lövhəsində 2 ədəd qoruyucu açar və giriş-çıxış kabeli 4 p.m yanıb. Yüksək temperaturdan mətbəxin alçipandan ibarət tavanı 2 m² sahədə qarsalanıb. Çay evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
216

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər