Azərbaycan Ordusunda PUA-ların təlim-məşq uçuşları keçirilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusunda PUA-ların təlim-məşq uçuşları keçirilib - VİDEO

15:53 - 19 / 12 / 2023
Azərbaycan Ordusunda PUA-ların təlim-məşq uçuşları keçirilib - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrində (HHQ) pilotsuz uçuş aparatları (PUA) bölmələri ilə təlim-məşq uçuşları yerinə yetirilib.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Xəbərə görə, PUA heyətləri müəyyən edilmiş marşrutlar üzrə hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunaraq dəqiq aviasiya zərbələri ilə məhv edilməsi, eləcə də digər fəaliyyətləri yerinə yetiriblər.
Təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

Paylaş:
341

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər