Naxçıvanda saxta dollar əskinaslarını gizli yollarla ölkəyə gətirən cinayətkar dəstə zərərsizləşdirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda saxta dollar əskinaslarını gizli yollarla ölkəyə gətirən cinayətkar dəstə zərərsizləşdirilib

11:13 - 19 / 12 / 2023
Naxçıvanda saxta dollar əskinaslarını gizli yollarla ölkəyə gətirən cinayətkar dəstə zərərsizləşdirilib

Daxili işlər orqanlarının əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirib.

1news.az "Report"a istinadən xəbər verir ki, Naxçıvan polisinin mətbuat xidmətindən verilən məlumata görə, keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində ölkə ərzisinə saxta dollar əskinaslarını gizli yollarla gətirən cinayətkar dəstə zərərsizləşdirilib.

Həmin şəxslər saxlanılan zaman onların üzərindən 10 000 (on min) saxta ABŞ dolları götürülərək istintaqa təqdim edilib.

Həmin dəstənin digər üzvlərinin və əlavə cinayət əməllərinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Paylaş:
341

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər