Eksklüziv: Azərbaycanda İlk PCI DSS QSA Şirkətinin Birinci İli | 1news.az | Xəbərlər
Cəmiyyət

Eksklüziv: Azərbaycanda İlk PCI DSS QSA Şirkətinin Birinci İli

10:52 - 20 / 12 / 2023
Eksklüziv: Azərbaycanda İlk PCI DSS QSA Şirkətinin Birinci İli

Böyük fəxarət hissi ilə elan edirik ki, Q.V.MMC Azərbaycanda ilk və tək QSA (Qualified Security Assessor – İxtisaslaşdırılmış Təhlükəsizlik Qiymətləndiricisi) şirkəti statusunu təsdiqləyərək və PCI DSS (Payment Card Industry Data Security Standard – Ödəniş Kartı Sənayesi Məlumat Təhlükəsizliyi Standartı) sahəsində lider olduğunu sübut edərək, bu ili müvəffəqiyyətlə tamamlamışdır.

İlin əvvəlində, çox illik təcrübə, təlim və hazırlığın nəticəsi olaraq, nəhayət ki, PCI SSC (Payment Card Industry Security Standards Council – Ödəniş Kartı Sənayesi Təhlükəsizlik Standartları Şurası) tərəfindən PCI DSS standartına uyğun qiymətləndirmələr aparmaq üçün kvalifikasiya əldə etdik. Bu əhəmiyyətli addım, çoxillik iş təcrübəmiz, beynəlxalq standartlar və İKT texnologiyaları, xüsusilə informasiya təhlükəsizliyi sahəsində dərin biliklərimiz və bacarıqlarımızın sayəsində mümkün olmuşdur. Bizim yüksək kvalifikasiyamız və beynəlxalq təhlükəsizlik standartlarını uğurla tətbiq etmə bacarığımız, bizim davamlı inkişaf yanaşmamızı təsdiq edir.

PCI DSS (Ödəniş Kartı Sənayesi Məlumat Təhlükəsizliyi Standartı) — ödəniş kartları ilə əlaqədar məlumatların təhlükəsizliyi üçün PCI SSC tərəfindən hazırlanmış bir təhlükəsizlik standartıdır. Bu standart, məlumatların oğurlanmasının qarşısını almaq və elektron əməliyyatların təhlükəsizliyini təmin etmək məqsədilə ödəniş kartlarına dair həssas informasiyanın mühafizəsi üçün minimum tələbləri müəyyənləşdirir.

PCI SSC (Ödəniş Kartı Sənayesi Təhlükəsizlik Standartları Şurası )— 2006-cı ildə Visa, MasterCard, American Express, Discover və JCB kimi beynəlxalq ödəniş brendləri tərəfindən yaradılmış bir təşkilatdır. PCI SSC-nin yaradılma məqsədi ödəniş kartı məlumatlarının mühafizəsi və ödəniş əməliyyatlarının təhlükəsizliyinin gücləndirilməsi üçün standartlar hazırlamaq və tətbiq etmək olmuşdur.

PCI SSC PCI DSS standartını keçən il 3.2-ci versiyadan 4-cü versiyaya yenilədi. PCI DSS v.4 standartının yalnız 2024-cü ilin mart ayından etibarən məcburi olacağına baxmayaraq, biz ödəniş məlumatlarının təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi reputasiya qazanaraq, bu il artıq mühüm bir layihəni uğurla başa vurmuşuq.

Bizim kvalifikasiyamız bizə CEMEA (Mərkəzi Avropa, Yaxın Şərq və Afrika) regionunda effektiv fəaliyyət göstərmə imkanı verir. Təşkilatımıza təkcə Azərbaycanda deyil, MDB ölkələrində, xaricdə, o cümlədən Afrikada artan marağı qeyd etməkdən məmnunluq duyuruq. Bu artan tələb etibarlı və peşəkar tərəfdaş kimi reputasiyamızı təsdiqləyir.

Biz CEMEA region ölkələrində yeni layihələr həyata keçirmək planlaşdıraraq, gələcəyə inamla baxırıq. Məqsədimiz ödəniş məlumatlarının təhlükəsizliyi sahəsində təcrübəmizi və innovativ həllərimizi təqdim etməklə uzunmüddətli əməkdaşlıq qurmaqdır.

Müştərilərimizə və tərəfdaşlarımıza etimadlarına görə təşəkkür edirik. Biz yeni çağırışlara hazırıq və əminik ki, əməkdaşlığımız sizə təkcə təhlükəsizlik deyil, həm də rəqəmsal ödənişlər dünyasında uğur gətirəcək.

Əgər hər hansı sualınız varsa və ya PCI DSS tətbiqi prosesi ilə bağlı köməyə ehtiyacınız varsa, bizimlə əlaqə saxlamaqdan çəkinməyin. Biz hər zaman sizə pulsuz dəstək verməyə hazırıq.

https://qualityveritas.com

+994502569996

[email protected]

https://www.linkedin.com/in/kamrannagiyev/

Reklam hüququnda

Paylaş:
530

Son xəbərlər

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıbBu gün, 09:29Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:18AMB noyabrın son valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:05Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03
Bütün xəbərlər