Prezidentin köməkçisi: Ölkədə seçicilərin sayı artıb
Seçici siyahılarının dəqiqləşdirilməsi üçün müəyyən işlər görülüb. Son bir ildə siyahıların dəqiqləşdirilməsi ciddi diqqət mərkəzində olub. 2,4 milyon ev təsərrüfatına baxış keçirilib, seçkilərin sayı dəqiqləşdirilib. Məlum olub ki, seçicilərin sayı artıb.
1news.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə söyləyib.
Prezidentin köməkçisi bildirib ki, işğaldan azad olunmuş ərazilərə köçürülən əhalinin səsverməsi də diqqət mərkəzindədir. Orada 26 seçki məntəqəsi yaradılıb.
O qeyd edib ki, 2026-cı ilə qədər 35 min insanın işğaldan azad olunmuş ərazilərə köçürülməsi planlaşdırılır.