Binədə 2 qumbara aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Binədə 2 qumbara aşkarlanıb - FOTO

12:26 - 21 / 12 / 2023
Binədə 2 qumbara aşkarlanıb - FOTO

Binə qəsəbəsində odlu silah və 2 ədəd tüstülü əl qumbarası aşkar edilib.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbəsi N.Abbasov küçəsində yerləşən yarımtikiliyə baxış keçirilib. Baxış zamanı oradan 1 ədəd “Toz 8” markalı ov tüfəngi və 2 ədəd "G-303 CSS” markalı tüstülü əl qumbarası aşkar edilib. Qeyd edilən silah və qumbaralar təhlükəsizlik tədbirləri görülməklə ərazidən götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
153

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər