Metronun “28 May” yarımstansiyası yenidən qurulacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Metronun “28 May” yarımstansiyası yenidən qurulacaq

Qafar Ağayev17:01 - 22 / 12 / 2023
Metronun “28 May” yarımstansiyası yenidən qurulacaq

Avstriyanın “Siemens” şirkətinin rəhbərliyi və texniki mütəxəssislərindən ibarət qrup “Bakı Metropoliteni” QSC-də işgüzar səfərdə olublar.

QSC-dən 1news.az-a bildirilib ki, son illərdə enerji sahəsində səmərəli əməkdaşlıq aparılan şirkətin təmsilçilərinin səfərində əsas məqsəd birgə layihələr əsasında istismara verilən qurğu və avadanlıqların birgə monitorinqini keçirmək, proqram təminatını yeniləmək, həmçinin inşa edilən və yenidən qurulan obyektlərin təchizatı, eləcə də digər perspektiv planları müzakirə etmək olub.

“Siemens”lə əməkdaşlıq çərçivəsində “Nərimanov” elektrik deposunda 2 yeni, Qırmızı xətti qidalandıran bir dartı, “İçərişəhər” və Bənövşəyi xəttin “8 Noyabr” stansiyalarında quraşdırılmış və ən müasir avadanlıqlarla təchiz edilmiş yarımstansiyalara baxış keçirilib.

Şirkətin Azərbaycan nümayəndəliyinin də əməkdaşlarının iştirak etdiyi görüşlərdə yarımstansiyalarda qurulmuş elektrotexniki avadanlıqların monitorinqi nəticəsində elektrik təchizatı avadanlıqlarının iş rejimi və keyfiyyəti də yoxlanılıb.

Qarşıdakı dövrdə icra olunacaq planlara əsasən, “28 May” yarımstansiyasının yenidən qurulması, tikilməkdə olan şərti adı “B-04” olan yarımstansiyanın təchizatı, proqram təminatı ətrafında texniki işlərin yekun mərhələsi üzrə işlər də diqqət mərkəzində olub.

“28 May” yarımstansiyasının qurğu və avadanlıqları artıq Azərbaycana yola salınıb. 2024-cü ildə yarımstansiyanın tam fərqli formatda qurulması nəzərdə tutulub. Bu xüsusda dövrün artan enerji tələbatı, müasir standartların tələbləri və digər texniki məsələlər xüsusi nəzərə alınıb.

Quraşdırma işlərinə başlanarkən, ictimaiyyətə geniş məlumat təqdim ediləcək.

Paylaş:
209

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər