Qaraçuxurda mağazaların birindən 4800 manatlıq ət oğurlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaraçuxurda mağazaların birindən 4800 manatlıq ət oğurlandı

Qafar Ağayev11:35 - 23 / 12 / 2023
Qaraçuxurda mağazaların birindən 4800 manatlıq ət oğurlandı

Dekabrın 20-də Qaraçuxur qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 4880 manat dəyərində ət oğurlanıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən xəbərə görə, bu barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Canlarov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
343

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər