Hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir

Qafar Ağayev11:56 - 23 / 12 / 2023
Hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir

Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

1news.az xəbər verir ki, Müdafiə nazirinin tapşırığına əsasən Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin bir qrup zabit heyəti işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrdə olub.

Çətin relyefli ərazilərdə xidmət edən hərbi qulluqçularla görüşlərdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, xidməti-məişət şəraiti öyrənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Həmçinin hərbi qulluqçularla milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb, onlara hərbi xidmətlə bağlı lazımi tövsiyələr verilib.

Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq qərar və əmrlərinin tələbləri, o cümlədən sayıqlığın artırılmasına dair təlimatları və təhlükəsizlik qaydaları şəxsi heyətə çatdırılıb.

Hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı yüksək qiymətləndirilib.

Hərbi qulluqçular isə öz növbələrində göstərilən etimadı nümunəvi xidmətləri ilə doğrultmağa çalışdıqlarını bildiriblər.

Paylaş:
244

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər