Nərimanovda binada təhlükəli vəziyyətin qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nərimanovda binada təhlükəli vəziyyətin qarşısı alınıb

Qafar Ağayev17:44 - 25 / 12 / 2023
Nərimanovda binada təhlükəli vəziyyətin qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının xarici divarına bərkidilən peyk antenasının yerindən qoparaq ağacın üzərində asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

1news.az FHN-ə istinadən xəbər verir ki, sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub.

Xilasedicilər antenanı müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

Paylaş:
233

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər