Bakıda su sayğaclarını oğurlayan şəxslər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda su sayğaclarını oğurlayan şəxslər saxlanılıb

Qafar Ağayev10:58 - 25 / 12 / 2023
Bakıda su sayğaclarını oğurlayan şəxslər saxlanılıb

Bakının Biləcəri qəsəbəsi ərazisində yerləşən 10 evdən su sayğaclarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini Anar Qəhrəmanov və Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş Əhliman Abbasov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Paylaş:
364

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər