1 həftə ərzində azad olunmuş ərazilərdə 53 piyada əleyhinə mina aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

1 həftə ərzində azad olunmuş ərazilərdə 53 piyada əleyhinə mina aşkarlanıb

Qafar Ağayev12:04 - 25 / 12 / 2023
1 həftə ərzində azad olunmuş ərazilərdə 53 piyada əleyhinə mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) icra olunan əməliyyatlar barədə həftəlik məlumatında deyilir.

Məlumata görə, ötən həftə - 18-24 dekabr tarixlərində 11 tank əleyhinə mina, 53 piyada əleyhinə mina, 307 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 487.7 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Paylaş:
332

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər