Azercell Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azercell Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edir

Qafar Ağayev14:40 - 26 / 12 / 2023
Azercell Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edir

Lider mobil operator 160 ölkədə 390-dən çox şəbəkədə rouminq xidməti təklif edir.

Azercell abunəçilərin rouminqdə müştəri təcrübəsini inkişaf etdirmək məqsədi ilə Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edir.

· İndi rouminq internet paketləri daha əlçatandır. Azercell 60-dan çox şəbəkəni əlavə etməklə rouminq internet paketlərinin əhatə dairəsini daha genişləndirdi. Artıq abunəçilər 88-dən çox ölkədə 210 operatorun şəbəkəsində Azercell-in sərfəli rouminq internet paketlərindən faydalana bilərlər. Bundan başqa, paketlərdən istifadə zamanı manual şəbəkə seçiminə ehtiyac qalmadı.

· Səyahət zamanı “Kabinetim” tətbiqindən, Azercell-in rəsmi saytından və canlı çatdan istifadə (Live chat) nəticəsində yaranan trafikə görə xidmət haqqı tutulmayacaq.

· Eyni zamanda tərəfdaşların çoxsaylı istəklərini nəzərə alaraq, korporativ müştərilər üçün xüsusi olaraq yeni 10 GB həcmində rouminq internet paketi istifadəyə verildi.

Azercell-in rouminq xidməti haqqında ətraflı məlumat əldə etmək üçün:

https://www.azercell.com/az/personal/plans-and-services/roaming.html

Reklam hüququnda

Paylaş:
340

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər