Səbaildə yollar əsaslı təmir olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Səbaildə yollar əsaslı təmir olunacaq

Qafar Ağayev13:01 - 27 / 12 / 2023
Səbaildə yollar əsaslı təmir olunacaq

Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yolları əsaslı təmir olunacaq.

1news.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 350 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Paylaş:
385

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər