“Nikosayağı”nın törətdiyi qəza ilə bağlı istintaq yekunlaşıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Nikosayağı”nın törətdiyi qəza ilə bağlı istintaq yekunlaşıb - FOTO

Qafar Ağayev15:25 - 27 / 12 / 2023
“Nikosayağı”nın törətdiyi qəza ilə bağlı istintaq yekunlaşıb - FOTO

Sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan istintaq işi artıq yekunlaşıb.

1news.az Oxu.az-a istinadən xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, avqustun 15-də sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Paylaş:
447

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər