Qırmızı Ürəklər Fondu və Azərbaycan Hava Yolları Ordubadda uşaqları sevindirdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qırmızı Ürəklər Fondu və Azərbaycan Hava Yolları Ordubadda uşaqları sevindirdi - FOTO

Qafar Ağayev17:18 - 29 / 12 / 2023
Qırmızı Ürəklər Fondu və Azərbaycan Hava Yolları Ordubadda uşaqları sevindirdi - FOTO

Azərbaycanın Milli Aviadaşıyıcısı -“Azərbaycan Hava Yolları”nın dəstəyi ilə “Red Hearts” - Qırmızı Ürəklər Fondu Yeni il ərəfəsində xeyriyyə tədbiri səbəbilə Bakıdan Naxçıvana gedib..

1news.az xəbər verir ki, Ordubad şəhər Məhəmməd Füzuli adına tam orta internat məktəbinin balaca sakinlərinə bayram əhval-ruhiyyəsi bəxş etmək üçün uşaqların sevimli qış qəhrəmanları - Santa Klaus və Elf AZAL-ın təyyarəsi ilə Bakıdan Naxçıvana gediblər. Səfər çərçivəsində uşaqlara isti geyim və zəruri gigiyena vasitələri ilə təqdim olunub.

Eyni zamanda internat məktəbinin uşaqları üçün musiqili əyləncə proqramı və müsabiqələr təşkil olunub.

Xeyriyyə tədbirinin məqsədi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramının valideyn himayəsindən məhrum uşaqlarla birgə qeyd edilməsi olunub.

Uçuş zamanı Santa Klaus və Elf reysin sərnişinlərinə də bayram ab-havası bəxş edib, onları hədiyyələrlə sevindiriblər.

Azərbaycan Hava Yolları sosial məsuliyyət layihələrinə xüsusi diqqət ayırır və artıq uzun illərdir ki, cəmiyyətin həssas təbəqələri üçün müxtəlif xeyriyyə və yardım aksiyaları həyata keçirir.

Qeyd edək ki, “Red Hearts” - Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir.

Paylaş:
242

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər