DİN 12 yaşında nişanlanan qızın durumunu nəzarətdə saxlayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN 12 yaşında nişanlanan qızın durumunu nəzarətdə saxlayacaq

17:28 - 29 / 12 / 2023
DİN 12 yaşında nişanlanan qızın durumunu nəzarətdə saxlayacaq

Sabirabad rayonunda 12 yaşlı yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq.

1news.az "Report"-a istinadən xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub. Araşdırmalar zamanı qızın 12 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq.

Paylaş:
198

Son xəbərlər

Bütün xəbərlər