Sumqayıt sakinləri Qubada saxlanıldı - Narkotik aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıt sakinləri Qubada saxlanıldı - Narkotik aşkarlandı

Qafar Ağayev08:40 - 29 / 12 / 2023
Sumqayıt sakinləri Qubada saxlanıldı - Narkotik aşkarlandı

Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən 2 nəfər saxlanılıb.

Onlar əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri İsmət Süleymanov və Vüsal Məstiyevdir.

Həmin şəxslər qrup şəklində Quba rayonuna əvvəlcədən planlaşdırılmış yerə gələrək oradan 1 kiloqramdan artıq narkotik vasitəni aparmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
337

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər