İçərişəhərdə “Qurama Fashion” defilesi keçirilib
İçərişəhərdə, Qoşa Qala meydanında II Milli Qurama Festivalı çərçivəsində “Qurama Fashion” defilesi keçirilib.
1news.az xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərkibində fəaliyyət göstərən “Qurama.az” mərkəzinin əməkdaşları və Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin “Dizayn və dekorativ tətbiqi sənət” ixtisasının dizaynerlərinin birgə əl işlərindən ibarət müasir geyimlərinin üzərində milli qurama elementləri nümayiş edilib.
Müasir geyimlərdə quramanın tətbiq olunmasının əsas məqsədi ənənəvi naxışların və qurama texnikasının qorunub saxlanılmasına dəstək olmaq və gənclərin milli üsluba daha çox marağının artmasına vasitəçilik etməkdir.
“Qurama Fashion” defilesi zamanı 40-a yaxın milli və müasir moda nümunələri nümayiş edilib.