Mingəçevirdə yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Mingəçevirdə yanğın olub

09:39 - 30 / 12 / 2023
Mingəçevirdə yanğın olub

Mingəçevir şəhərində ümumi sahəsi 24 m² olan dəmir və taxta konstruksiyadan ibarət 3 otaqlı vaqon tipli evin 1 otağında döşəmə 4 m² sahədə yanıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
305

Son xəbərlər

Bütün xəbərlər