Xaçmazda kustar üsulla hazırlanmış pirotexniki vasitələr satan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaçmazda kustar üsulla hazırlanmış pirotexniki vasitələr satan şəxs saxlanılıb

10:27 - 30 / 12 / 2023
Xaçmazda kustar üsulla hazırlanmış pirotexniki vasitələr satan şəxs saxlanılıb

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində kustar üsulla hazırlanmış pirotexniki vasitələr satan şəxsi saxlayıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlər zamanı 1 nəfər rayon sakininin qayda pozuntusuna yol verdiyi və rayon ərazisində qanunsuz olaraq kustar üsulla hazırlanmış pirotexniki vasitələr satdığı müəyyən edilib. Həmin şəxsin satdığı pirotexniki vasitələr şöbə əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Paylaş:
147

Son xəbərlər

Bütün xəbərlər