2023-cü ilin son günü hava necə olacaq? | 1news.az | Xəbərlər
Cəmiyyət

2023-cü ilin son günü hava necə olacaq?

12:26 - 30 / 12 / 2023
2023-cü ilin son günü hava necə olacaq?

Dekabrın 31-də, ilin son günündə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-16° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60% olacaq.

Azərbaycanın rayonlarında dekabrın 31-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.

Paylaş:
400

Son xəbərlər

Bütün xəbərlər