Nigar Arpadarai: Zorakılığa uğrayan şəxslər əksər hallarda müraciət etmir
“Məişət zorakılığı olduğu zaman zorakılığa uğrayan şəxslər əksər hallarda müraciət etmir”.
1news.az xəbər verir ki, bunu “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı Milli Məclisin deputatı Nigar Arpadarai
“Zorakılıqla bağlı məsələlərin gizli qalmasının qarşısını almaq üçün tədbir görülməlidir. Maarifləndirmə işləri aparılmalıdır ki, aidiyyəti qurumlar da bu məsələyə çevik reaksiya verə bilsin. Məişət zorakılığı ilə bağlı təkcə Azərbaycanda deyil, dünyanın bir çox yerlərində var. Son illər statistikalara baxdıqda Azərbaycanda məişət zorakılığına uğrayan şəxslərin sayının azaldığı müşahidə edilir. Ümid edirik ki, bu statistikalar reallığı əks etdirir. Qanunun qəbul edilməsi bütün probelmlərin həllinə səbəb olmasa da bu istiqamətdə önəmli işlərin görülməsinə səbəb olacaq” – deyə deputat əlavə edib.