Saatlıda canavarlar 14 qoyunu tələf edib - FOTO
Saatlıda canavar sürüsü şəxsi təsərrüfata hücum edib.
1news.az APA-ya istinadən xəbərinə görə, Saatlı rayonunun Qranuru kəndində şəxsi təsərrüfata canavarların hücumu olub.
Hadisə səhər saat saatlarında Qaranuru kənd sakini İlham Şirəliyevə məxsus təsərrüfatda qeydə alınıb. Nəticədə 14 baş xırdabuynuzlu heyvan tələf olub, 8 baş heyvan isə yaralanıb. Əraziyə kənd baytar dəvət edilib. Yaralı qoyunlara quduzluq əleyhinə vaksin vurulub, ərazi dezinfeksiya edilib.
259