Azərbaycan Ordusunda ağacəkmə aksiyaları keçirilir - FOTO
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunda ağacəkmə aksiyaları keçirilir.
Bu barədə 1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq, yaşıllıqları artırmaq, ekoloji tarazlığın bərpasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək məqsədilə respublikamızın müxtəlif bölgələrində yerləşən hərbi hissələrin ərazilərində xeyli sayda həmişəyaşıl ağaclar əkilir.
Azərbaycan Ordusunda cari ildə genişmiqyaslı yaşıllaşdırma işlərinin aparılması və ağacəkmə aksiyalarının keçirilməsi davam etdiriləcək.