Masallıda restoranda yanğın baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda restoranda yanğın baş verib

Qafar Ağayev11:11 - 02 / 01 / 2024
Masallıda restoranda yanğın baş verib

Masallı rayonu, Qəriblər kəndində yerləşən restoranda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Dərhal yanğınsöndürmə işləri həyata keçirilib və yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
490

Son xəbərlər

Bütün xəbərlər