DYP səfərdə olan sürücülərə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

DYP səfərdə olan sürücülərə müraciət edib

Qafar Ağayev17:50 - 03 / 01 / 2024
DYP səfərdə olan sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələri ilə səfərdə olan sürücülərə müraciət edib.

​İdarədən 1news.az-a verilən xəbərə görə, hazırda davam edən qeyri-iş günlərində doğmalarını ziyarət etmək, istirahət və ya əyləncə məqsədilə respublikanın ayrı-ayrı şəhər və rayonlarına avtomobillə səfər edənlərin sayının artması, xüsusilə rekreasiya əhəmiyyətli bölgələrdə hərəkət intensivliyinə bilavasitə təsir göstərib.

"Bununla bağlı DYP tərəfindən gücləndirilmiş iş rejimində zəruri təhlükəsizlik tədbirlərinin görülməsinə baxmayaraq, bəzən özünün, doğmalarının və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə yanaşaraq səfər etdikləri yaşayış məntəqələrində, eləcə də istirahət və ya əyləncə mərkəzlərinin yerləşdiyi ərazilərdə ​sərxoş halda sükan arxasına əyləşən, avtomobili azyaşlı övladlarına həvalə edən, yaşı on ikidən az olan uşaqları ön oturacaqda daşıyan, hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamayan, mobil telefondan istifadə edən, sürət həddini aşan, xüsusilə dağlıq relyefli ərazilərdə ötmə və manevretmə qaydalarını kobud şəkildə pozan, yol və hava şəraitini nəzərə almayan ​sürücülərə rast gəlinir ki, bütün bunlar sonda xoşagəlməz yol-nəqliyyat hadisələrinin baş verməsinə real zəmin yaradır.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tətil günlərinin arzuolunmaz hadisələr fonunda bitməməsi üçün bir daha hərəkət iştirakçılarına müraciət edərək onlardan təhlükəsizlik qaydalarına əməl etməyi, nümunəvi sürücü davranışı sərgiləməklə digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə münasibətdə isə səbrli və təmkinli olmağı xahiş edir", - müraciətdə deyilir.

Paylaş:
210

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər