Cəlilabadda qidadan zəhərlənən ailənin son durumu açıqlanıb - YENİLƏNİB
Cəlilabadda qidadan zəhərlənən ailə üzvlərinin son durumu məlum olub.
1news.az-ın "Report"a istinadən məlumatına görə, ailə üzvlərindən ikisi ambulator müalicə üçün evə yazılıb.
Bir nəfərin isə müalicəsi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində davam etdirilir.
14:01
Cəlilabad rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
1news.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Günəşli kəndində qeydə alınıb.
Belə ki, ailə üzvləri - 1998-ci il təvəllüdlü S.Zeynalova, 1959-cu il təvəllüdlü İ.Zeynalov və 1963-cü il təvəllüdlü X.Zeynalova zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına gətirilib.
İlkin məlumata görə, onlar qəbul etdikləri qidadan zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.