Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var

15:03 - 04 / 01 / 2024
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Dəfə Qorqud küçəsi ilə, Ş.İ.Xətai küçəsinin kəsişməsində qeydə alınıb.

"VAZ 2107" markalı avtomobillə, "HONDA" markalı maşın toqquşub. İlkin məlumata görə, qəza zamanı hər iki sürücü - Natiq Budaqov və Xəyal adlı şəxs xəsarət alıb.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Faktla bağlı araşdırma başlanılıb

Paylaş:
429

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər