Cəlilabadda tələbə qızılcadan vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda tələbə qızılcadan vəfat edib

17:16 - 04 / 01 / 2024
Cəlilabadda tələbə qızılcadan vəfat edib

Cəlilabad rayon sakini qızılca xəstəliyindən vəfat edib.

1news.az "Report"a istinadən məlumatına görə, rayonun Sabirabad kənd sakini İbayeva Sevil Cabbar qızı bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Məlumata görə, o, ötən ayın 26-da xəstəxananın infeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə alırmış.

Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alırdı.

Paylaş:
354

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər