Bakıda mənzildən 14 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda mənzildən 14 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb

12:38 - 04 / 01 / 2024
Bakıda mənzildən 14 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb

Bakının Xətai rayonu ərazisində mənzillərin birindən 14000 manat pul və 6000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Şəadət Həsənov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
316

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər