Nardaranda keçmiş məhkumdan avtomat götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nardaranda keçmiş məhkumdan avtomat götürülüb

11:17 - 04 / 01 / 2024
Nardaranda keçmiş məhkumdan avtomat götürülüb

Nardaran sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan Nardaran qəsəbə sakini, əvvəllər oğurluq, dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Həsən Rinyatovdan nömrəsi silinmiş “AK” markalı avtomat silah və 27 ədəd patron aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Paylaş:
398

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər