Laçında avtomobil qəzasında həlak olan hərbçi Gəncədə dəfn olunub - YENİLƏNİB
Azərbaycan Ordusunun Laçın rayonunda avtomobil qəzasında həlak olan hərbçisi Həsən İsmayılov yanvarın 5-də Gəncədə dəfn olunub.
1news.az-ın "Report"-a istinadən məlumatına görə, dəfn mərasimdə onun yaxınları, ictimaiyyət nümayəndələri, hərbiçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak edib.
Qeyd edək ki, Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunan H.İsmayılov yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayaraq həlak olub.
Qəza nəticəsində onunla birgə Azərbaycan Ordusunun hərbi qulluqçusu Axundov Səxavət Fərasət oğlu da həlak olub.
12:09
Azərbaycan Ordusunun yanvarın 4-də Laçında avtomobil qəzasında həlak olan hərbçisi Həsən İsmayılovla Gəncədə vida mərasimi keçirilir.
1news.az-ın "Report"-a istinadən məlumatına görə, mərasimdə onun yaxınları, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edirlər.
Mərasim başa çatdıqdan sonra mərhum Şəhidlər xiyabanında dəfn olunacaq.
Xatırladaq ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.
Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.